Fransa hüquq-mühafizə orqanları prezident Emmanuel Makronu ölümlə hədələyən ravvin Devid Daniel Koen haqqında təhqiqata başlayıb.
Manset.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
İşin Fransa Xarici İşlər Nazirliyinin rəhbəri Bruno Retaillonun videoya diqqət çəkməsindən sonra açıldığı qeyd edilir. Prokurorluqdan bildirilib ki, istintaq respublikanın ədliyyə polisinin cinayət-axtarış briqadasına həvalə edilib.
Videoda İsraildə olduğu güman edilən ravvin Koen Makronu fransızca sərt şəkildə tənqid edərək, Fələstin dövlətini tanımaq qərarından narazılığını ifadə edib.
Qeyd edək ki, Makron bu ilin sentyabrında BMT Baş Assambleyasının iclasında ölkə hakimiyyətinin Fələstin dövlətini rəsmən tanımaq niyyətində olduğunu bəyan edib. Onun sözlərinə görə, hazırda Qəzza zolağında hərbi əməliyyatların dayandırılmasına və mülki əhaliyə yardımın göstərilməsinə təcili ehtiyac var. Bundan sonra isə ABŞ dövlət katibi Marko Rubio "X" sosial şəbəkəsində yazıb ki, Birləşmiş Ştatlar hakimiyyəti Fransanın Fələstini tanımaq qərarını qətiyyətlə rədd edir.