Daha bir ölkə Fələstin dövlətini tanıyacaq

10:24 - 11 Avqust 2025

Daha bir ölkə Fələstin dövlətini tanıyacaq

Avstraliyanın Baş naziri Entoni Albanese, ölkəsinin Fələstin dövlətini rəsmi şəkildə tanıyacağını bəyan edib. O, bu qərarın sentyabr ayında keçiriləcək BMT Baş Assambleyasında rəsmiləşdiriləcəyini bildirib.


Manset.az xəbər verir ki, Kabinet iclasından sonra jurnalistlərə açıqlama verən Albanese, bu addımın Yaxın Şərqdə sülhün bərqərar olması üçün atıldığını vurğulayıb.

O, Qəzzada hökm sürən aclıq və humanitar fəlakətə də diqqət çəkərək bildirib:

“Qəzzadakı vəziyyət artıq dünyanın ən pis qorxularını da geridə qoyub. İsrail hökuməti beynəlxalq hüquqa meydan oxumaqda və uşaqlar da daxil olmaqla ümidsiz insanlara kifayət qədər yardım, qida və su təmin etməkdən imtina etməkdə davam edir.”

Avstraliyanın bu qərarı beynəlxalq aləmdə geniş rezonans doğurub və Fələstinin dövlət kimi tanınması yönündə atılmış növbəti diplomatik addım kimi qiymətləndirilir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az