Samsunda 26 yaşlı N.G. adlı qadın qonşusunun ev açarını gizlicə çıxartdıraraq1 milyon 700 min TL (təxminən 170 000 AZN) dəyərində qızıl və zinət əşyası oğurlayıb.
Manset.az xəbər verir ki, zərərçəkən Enes B. və həyat yoldaşı Özge B., 5 avqustda polisə müraciət edərək evdə saxladıqları qızılların yoxa çıxdığını bildiriblər.
Araşdırma zamanı məlum olub ki, oğurluq hadisəsi onların eyni binada yaşayan və yaxın münasibətdə olduqları qonşusu tərəfindən törədilib. N.G., açarı açar ustasına apararaq kopyalatmış və bu yolla evə girərək zinət əşyalarını oğurlamışdır.
Polis onun evində axtarış apararkən zinət əşyalarının kiçik bir hissəsini tapıb. Qalan qızılların puluna isə 1 milyon 300 min TL (130 000 azn) dəyərində yeni avtomobil alındığı müəyyən edilib. N.G. günahını etiraf edərək peşman olduğunu bildirib və istintaq üçün məhkəməyə göndərilib.