"Türkiyə liderlər zirvəsinə ev sahibliyi etməyə hazırdır"

17:50 - 12 Avqust 2025

\"Türkiyə liderlər zirvəsinə ev sahibliyi etməyə hazırdır\"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı aparıb.


Manset.az xəbər verir ki, Ərdoğan, Türkiyənin liderlər səviyyəsində keçiriləcək bir sülh zirvəsinə ev sahibliyi etməyə hazır olduğunu bildirib. O, hərbi, humanitar və siyasi sahələrdə işçi qruplarının yaradılmasının bu zirvəyə gedən yolu aça biləcəyinə inandığını vurğulayıb.

Prezident Ərdoğan, həmçinin, Türkiyənin Ukraynanın suverenliyi və ərazi bütövlüyünə dəstəyini davam etdirdiyini qeyd edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az