Nigeriyanın Ebonyi əyalətində güclü yağışlar nəticəsində baş verən sel fəlakəti 8 nəfərin, o cümlədən 3 uşağın həyatına son qoyub.
Manset.az xarici mediaya istinadla xəbər verir ki, sel nəticəsində 800 hektardan çox əkin sahəsi su altında qalıb, təxminən 3 min ev zərər çəkib.
Bölgədə kütləvi köç və humanitar böhran yaşandığı deyilib.
Tropik iqlim zonasına daxil olan Nigeriyada illik yağıntı miqdarı bölgədən-bölgəyə fərqli olsa da, bu il ölkə üzrə baş verən sel fəlakətlərindən 140 min 228 nəfərin təsirləndiyi, 49 min 205 nəfərin isə evsiz qaldığı açıqlanıb.