Zelenski Alyaskadakı danışıqların nəticələrini tanımayacaq

21:12 - 12 Avqust 2025

Zelenski Alyaskadakı danışıqların nəticələrini tanımayacaq

Ukrayna Rusiya-ABŞ sammitinin Alyaskada onun iştirakı olmadan qəbul edilmiş qərarlarını tanımayacaq.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda Ukrayna Prezidenti Volodimir Zelenski “Gənclər buradadır” forumunda deyib.

“Ukraynasız Ukraynadan danışmaq mümkün deyil və heç kim bunu qəbul etməyəcək. Ona görə də söhbət onların özləri üçün vacib ola bilər, lakin onlar bizsiz Ukrayna ilə bağlı heç nə qəbul edə bilməzlər. Ümid edirəm ki, ABŞ Prezidenti bunu başa düşür və nəzərə alır”, - deyə o bildirib.

Xatırladaq ki, avqustun 15-də ABŞ Prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin arasında görüş planlaşdırılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az