Zelenski müharibəni bitirmək üçün 3 şərti açıqladı 

10:59 - 13 Avqust 2025

Zelenski müharibəni bitirmək üçün 3 şərti açıqladı 

Ukrayna Prezidenti Vladimir Zelenski, Rusiya ilə davam edən müharibəni dayandırmaq üçün üç əsas şərt irəli sürüb.



Manset.az xəbər verir ki, onun tələb etdiyi şərtlər atəşkəs, ABŞ-ın vasitəçiliyi və Ukraynaya real təhlükəsizlik zəmanətləridir.

Zelenski bildirib ki, bu məsələlər sadə şəkildə həll olunmalıdır. O, Avropa və ABŞ liderləri ilə bu məsələləri müzakirə edəcəyini və Ukraynanın bu prosesdə birbaşa iştirakının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, Ukrayna ordusuna göstərilən maliyyə dəstəyi belə, bir təhlükəsizlik zəmanətidir.

Donbas məsələsinə toxunan Zelenski, Rusiyanın bu bölgədən Ukraynanın geri çəkilməsini tələb edə biləcəyini, lakin bunun qəbuledilməz olduğunu bildirib:

“Donbasdan geri çəkilməyəcəyik. Bu mümkün deyil. Bu, yeni bir müharibəyə səbəb olar. Donbas Rusiyanın yeni hücumları üçün tramplindir.”



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az