Ermənistan Baş naziri aparatının İnformasiya və İctimaiyyətlə Əlaqələr İdarəsi İran Prezidenti Məsud Pezeşkianın İrəvana səfərinin tarixini dəqiqləşdirib.
Manset.az Report.az-a istinadən xəbər verir ki, səfər avqust ayında baş tutacaq.
"İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın Ermənistan Respublikasına rəsmi səfəri avqustun 19-da həyata keçiriləcək", - idarədən bildirilib.
Qeyd edək ki, daha əvvəl Pezeşkianın Ermənistana avqustun 18-də səfər edəcəyi barədə məlumat verilmişdi.