24 saat ərzində daha 123 fələstinli öldürüldü

15:23 - 13 Avqust 2025

24 saat ərzində daha 123 fələstinli öldürüldü

Son 24 saatda daha 123 fələstinli həlak olub, ümumi itki 61 min 722 nəfərə çatıb



Manset.az xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, İsrail ordusunun Qəzza zolağına davam edən hücumları nəticəsində son 24 saatda 123 nəfər həyatını itirib, 437 nəfər isə yaralanıb.

7 oktyabr 2023-cü ildən bəri həyata keçirilən hücumlarda ümumi can itkisinin 61 min 722-yə, yaralıların sayının isə 154 min 525-ə çatdığı bildirilib.

Qeyd olunur ki, 19 yanvarda əldə olunmuş atəşkəs rejimini pozan İsrail, 18 martdan bu yana apardığı hücumlarla 10 min 201 fələstinlinin ölümünə, 42 min 484 nəfərin isə yaralanmasına səbəb olub.

Bundan əlavə, 27 maydan bu yana guya humanitar yardım bölgələrinə edilən sistemli hücumlarda 1859 nəfər həlak olub, 13 min 594 nəfər yaralanıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az