Daily Mail-in araşdırmasına görə, əhalisinə nisbətən ən çox 100 yaşlı insan Monakoda yaşayır.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, siyahıda Honq Konq, Qvadelupa, Yaponiya və Uruqvay da ön sıralardadır. ABŞ 46-cı yerdədir.
Araşdırmalar göstərir ki, 100 yaşını keçən insanlar ciddi xəstəliklərə qarşı daha davamlı olurlar. BMT-yə görə, dünyada 600 minə yaxın 100 yaşlı insan var, onların 120 mini Yaponiyada yaşayır.
Bu artım yaxşılaşan həyat şəraiti və siqaretdən uzaq durmaqla əlaqələndirilir.