Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Donald Trump ilə Rusiya Prezidenti Vladimir Putin 15 avqust 2025-ci il cümə günü Alyaskada görüşmək qərarına gəlib.
Manset.az xəbər verir ki, ABŞ hava nəqliyyatı rəsmiləri görüş öncəsi bölgənin hava məkanının müvəqqəti olaraq bağlanacağını açıqlayıb.
Bu görüş Rusiya-Ukrayna müharibəsinin sona çatdırılması ilə bağlı danışıqlar davam edərkən baş tutacaq. Trump sosial mediada görüşün tarixini və yerini təsdiqləyərək, ətraflı məlumatın daha sonra veriləcəyini bildirib.