Tramp Zelenski və Avropa liderləri ilə danışdı 

20:05 - 13 Avqust 2025

Tramp Zelenski və Avropa liderləri ilə danışdı 

ABŞ Prezidenti Donald Tramp ukraynalı həmkarı Volodimir Zelenski və Avropa liderləri ilə danışıqlar aparır.


Manset.az Report-a istinadən xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb.

Digər təfərrüatlar verilməyib.

“Reuters”in məlumatına görə, danışıqlarda Almaniya, Finlandiya, Fransa, Böyük Britaniya, İtaliya, Polşa və Aİ liderləri, həmçinin NATO-nun Baş katibi Mark Rutte iştirak edir.

Qeyd edək ki, Zelenski Almaniyada səfərdədir.

Bu gün daha erkən saatlarda Ukrayna Prezidentinin mətbuat katibi Sergey Nikiforov Berlinə səfəri zamanı Zelenskinin Almaniya Kansleri Fridrix Merts ilə görüşəcəyini açıqlamışdı. Liderlər daha sonra Avropa liderləri, NATO-nun Baş katibi Mark Rutte və ABŞ Prezidenti Donald Trampla videokonfransda iştirak edəcəkdilər.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az