Rusiya Xarici İşlər naziri Sergey Lavrov bu gün Alyaskada keçiriləcək Putin-Tramp görüşündə iştirak edəcək. Avtomobilindən düşərkən hotelə doğru gedən Lavrov üzərində “SSRİ” yazılı sviter ilə diqqət çəkib.
Manset.az Bakupost.az-a istinadən xəbər verir ki, bu barədə xarici teleqram kanalları məlumat yayıb.
Qeyd edək ki, bu gün ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin Alyaskada görüşəcək. Danışıqların əsas mövzusu Ukraynada sülhün təmin olunmasıdır.