“Əgər İrəvan ‘Tramp marşrutu’nun yaradılmasını vacib hesab edirsə, Rusiya bu məsələdə Ermənistanı dəstəkləyir”.
Manset.az-ın məlumatına görə, bu barədə Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bildirib.
“Biz bu məsələni məlum kontekstdə nəzərdən keçiririk. Ermənistan bizim strateji müttəfiqimizdir və əgər bu Ermənistan üçün faydalı sayılırsa, təbii olaraq biz də Ermənistanı dəstəkləyirik”, – deyə o diqqətə çatdırıb.
A.Overçuk həmçinin əlavə edib ki, əgər düşünürlərsə ki, Vaşinqtonda müvafiq bəyannamənin imzalanması onlara daha geniş təhlükəsizlik təminatları verir, bu, müsbət haldır:
"Çünki biz də Cənubi Qafqazda sülh proseslərini eyni səviyyədə dəstəkləyirik”.