ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putinin bu gün Bakı vaxtı ilə saat 23:30-da görüşəcəyi gözlənilir.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, iki lider arasındakı bu görüş dördüncü sammit olacaq.
Kremlin xarici siyasət müşaviri Yuri Uşakovun verdiyi məlumata görə, görüş baza yaxınlığındakı sovet əsgərlərinin məzarlarının simvolik mənasına görə məhz bu məkanda keçiriləcək.
Sammit liderlərin görüşü ilə başlayacaq, daha sonra iki ölkə nümayəndə heyətlərinin iştirakı ilə davam edəcək.