Rusiyada bu il “WhatsApp” və “Telegram” vasitəsilə 52 mindən çox cinayət törədilib, maddi ziyan 106 milyard rublu (təqribən 1,3 milyard dollar) ötüb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Rusiya parlamentinin aşağı palatası olan Dumanın İnformasiya Siyasəti Komitəsinin üzvü Anton Nemkin bildirib ki, WhatsApp və Telegram vasitəsilə törədilən cinayətlər artıb.
Nemkin həmçinin qeyd edib ki, vətəndaşlar WhatsApp və Telegram vasitəsilə yandırma kimi müxtəlif cinayətlərə sövq edilir:
“2025-ci ilin əvvəlindən indiyədək 52 mindən çox cinayət qeydə alınıb, ümumi maddi ziyan isə 106 milyard rublu ötüb".
Rusiya İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Federal Agentliyi həftənin əvvəlindən ölkədə WhatsApp və Telegram zənglərində yaşanan problemlərlə bağlı açıqlama verərək cinayətkarlarla mübarizə üçün məhdudiyyətlərin tətbiq edildiyini açıqlayıb.