Rusiyada rublla bağlı yeni qərar

16:42 - 15 Avqust 2025

Rusiyada rublla bağlı yeni qərar

Rusiya hökuməti ölkədəki ixracatçı şirkətlərin valyuta gəlirlərinin 40 faizini satmaq öhdəliyini götürüb.


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Rusiya hökuməti verdiyi yazılı açıqlamada ölkədə rublun sabitləşdiyini açıqlayıb.

Rusiyada valyuta çıxışı ilə bağlı problemlərin həll olunduğuna da diqqət çəkən açıqlamada, “Rus ixracatçıları üçün satılması tələb olunan valyuta gəlirlərinin miqdarı sıfıra endirilib” ifadə edilib. 

Qeyd edək ki, Rusiyada rublun məzənnəsini sabitləşdirmək üçün enerji, metallurgiya, kimya və kənd təsərrüfatı sektorlarında fəaliyyət göstərən bəzi ixracatçı şirkətlərdən 2023-cü ildən valyuta satmaq tələb olunurdu.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az