"Biz ABŞ-a güvənirik" - Zelenski

18:15 - 15 Avqust 2025

\"Biz ABŞ-a güvənirik\" - Zelenski

Baxışlar bu axşam saat 22:30-da ABŞ Prezidenti Donald Tramp ilə Rusiya Prezidenti Vladimir Putinin Alyaskada keçirəcəyi görüşə yönəlib.


Manset.az xarici mediaya istinadla xəbər verir ki,  Volodimir Zelenski, zirvə ilə bağlı bir sıra açıqlamalar verib.

“Müharibəni bitirməyin vaxtıdır” deyən Zelenski, Putin-Tramp görüşünün sülhə və Ukrayna, ABŞ və Rusiya liderləri arasında üçtərəfli görüşə aparan qapını aça biləcəyini bildirib.

Zelenski, ABŞ-a güvəndiklərini bir daha vurğulayıb. Tramp isə bu gün Alyaskaya getmək üçün mindiyi təyyarədə jurnalistlərə bildirib ki, Ukrayna torpaqlarının dəyişdirilməsi (torpaq mübadiləsi) zirvədə müzakirə olunacaq, lakin qərarı verəcək olan Ukraynanın özü olacaq.

Lakin Ukrayna lideri son günlər verdiyi açıqlamalarda torpaq güzəşti edə bilməyəcəklərini vurğulamışdı.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az