Avropanın silah ehtiyatları TÜKƏNİB

08:01 - 16 Avqust 2025

Avropanın silah ehtiyatları TÜKƏNİB

Şimali Atlantika Alyansının (NATO) nümayəndəsi "Euractiv" portalına açıqlamasında bildirib ki, Ukraynaya dəstək səbəbindən Avropa ölkələrinin silah ehtiyatları qısa müddət ərzində tükənib.


Manset.az Musavat.com-a istinadən xəbər verir ki, hazırda Avropa Kiyevə yardım göstərmək üçün əsasən ABŞ-dan gələn təchizatlara bel bağlamalıdır.

“Məsələ ABŞ-ın hərbi sənayesi olmadan həll edilə bilməz. Avropanın anbarları və istehsal imkanları tükənib”, – deyə portalın mənbəsi vurğulayıb. O əlavə edib ki, Ukraynanın müəyyən növ silahlara ehtiyacı son dərəcə kəskindir.

Nümayəndənin sözlərinə görə, hazırda Avropa ölkələrinin öz ehtiyatlarından Ukraynaya silah göndərmək imkanları getdikcə azalır və onlar silahları xaricdən almağa üstünlük verirlər.

Kiel Beynəlxalq İqtisadiyyat İnstitutunun Ukrayna yardımının izlənməsi layihəsinin koordinatoru Taro Nişikava isə bildirib:

“Əvvəllər yardımların böyük bir hissəsi birbaşa ölkələrin ehtiyatlarından gəlirdi. İndi Avropa müdafiə şirkətlərinin yeni sifarişlərinə daha çox güvənir”.

Ekspert hesab edir ki, Avropadakı silah çatışmazlığı gələcəkdə ABŞ-dan hərbi məhsulların alınması və Avropa İttifaqında planlaşdırılan yeni mexanizm vasitəsilə kompensasiya oluna bilər.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az