Daha bir ölkə məktəblərdə mobil telefonları qadağan edir

11:24 - 19 Avqust 2025

Daha bir ölkə məktəblərdə mobil telefonları qadağan edir

Belçikada ibtidai və orta məktəblərdə mobil telefon və digər elektron cihazların istifadəsi 2025-2026-cı tədris ilindən etibarən ölkə miqyasında qadağan ediləcək.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, qadağa, yalnız təhsil məqsədləri, sağlamlıq səbəbləri və fövqəladə hallar istisna olmaqla tətbiq ediləcək.

Belçikada üç dil birliyinin fərqli qaydalar qəbul etməsi nəzərə alınaraq, bu qadağanın bütün bölgələrdə eyni şəkildə tətbiq olunacağı bildirilib. Məktəblər intizam tənbehlərini isə özləri müəyyən edəcəklər.

Bu addımın məqsədi şagirdlərin diqqətini dərslərə yönəltmək və onların mobil cihazlardan asılılığını azaltmaqdır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az