Rusiya prezidenti Vladimir Putinin müşaviri Vladimir Medinski, Ukraynaya daha 100 rus əsgərinin cəsədinin çatdırıldığını açıqlayıb.
Manset.az xəbər verir ki, o, Telegram kanalında verdiyi məlumatda, Rusiya ilə Ukrayna arasında əsgərlərin cəsədlərinin mübadilə olunduğunu bildirib.
Medinski, "İstanbuldakı razılaşmaların davamı olaraq, bu gün daha 100 rus əsgərinin cəsədini Ukraynaya çatdırdıq. Eyni zamanda, 19 rus əsgərinin cəsədini qəbul etdik", - deyə qeyd edib.
Xatırladaq ki, İstanbulda keçirilən danışıqlar zamanı Ukrayna və Rusiya arasında əsgərlərin cəsədlərinin dəyişdirilməsi, eləcə də ağır xəstə və yaralı əsgərlər ilə 25 yaşından kiçik əsir əsgərlərin mübadiləsi ilə bağlı razılığa gəlinmişdi. Danışıqlara Türkiyə ev sahibliyi edib.