Bu ölkələr sərhəd ticarətinə yenidən başladılar

09:21 - 20 Avqust 2025

Bu ölkələr sərhəd ticarətinə yenidən başladılar

Çinin Xarici İşlər Naziri Vanq Yinin Hindistana səfəri çərçivəsində iki ölkə arasında sərhəd ticarətinin yenidən başlayacağı bildirilib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Hindistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, Vanq Yinin səfəri zamanı Çin və Hindistanın xüsusi nümayəndələri arasında sərhəd məsələlərinə dair müzakirələr keçirilib. Görüşün müsbət keçdiyi və tərəflərin səmimi fikir mübadiləsi apararaq işçi qrupunun yaradılması barədə razılaşdıqları vurğulanıb.

Səfər çərçivəsində, həmçinin, Vanq Yinin Hindistan Xarici İşlər Naziri Subrahmanyam Jaishankar ilə görüşdüyü və bu görüşdə iki ölkə arasında “sabit, əməkdaşlıq və gələcəyə hesablanmış əlaqələr” qurmaq məqsədilə razılıq əldə edildiyi bildirilib.

İki nazir, beş il əvvəl dayandırılmış birbaşa uçuşların bərpası barədə də razılığa gəliblər. Bundan əlavə, turistlər, iş adamları, mətbuat nümayəndələri və digər ziyarətçilər üçün vizaların asanlaşdırılması məsələsində də razılaşma əldə olunub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az