Myanmanın şərqində yerləşən Kayah bölgəsində, ordunun həyata keçirdiyi hava hücumu nəticəsində 32 nəfər həyatını itirib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, 2021-ci ildə dövlət çevrilişi ilə hakimiyyəti ələ keçirən Myanma hərbçiləri, ölkənin mülki yaşayış məntəqələrinə hücumlarını davam etdirirlər.
Məlumata görə, hərbçilər ölkənin şərqindəki Kayah əyalətinin Mavçi bölgəsinə hava hücumu təşkil edib. Hücum nəticəsində ikisi uşaq, səkkizi qadın olmaqla, 32 nəfər həlak olub.
Məlumatda, ordunun bu il ərzində Mavçi rayonuna ən azı 14 hava hücumu təşkil etdiyi bildirilir.