ABŞ Hərbi Dəniz Qüvvələrinə aid F/A-18E Super Hornet döyüş təyyarəsi Virciniya sahillərində okeana düşüb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, qəzanın təlim uçuşu zamanı baş verdiyi bildirilir.
Hadisə yerinə dərhal göndərilən xilasetmə qüvvələri pilotu sağ-salamat xilas edərək, onu xəstəxanaya aparıblar.
Qəza zamanı düşən təyyarə Virciniya çimərliyində yerləşən Oceana Dəniz Hava Stansiyasında yerləşən 83-cü Hücum Eskadrilyasına bağlı olub. Təyyarənin qalıqları hələ də dənizdən çıxarılmayıb, və hadisənin səbəbləri ilə bağlı araşdırmalar davam etdirilir.