2025-ci il, 17 avqust tarixində, axşam saatlarında İspaniyanın Qranada vilayətində yerləşən Kosta Tropik regionunun çimərliklərində qeyri-adi hava şəraiti müşahidə edilib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, təxminən saat 19:20-də hava qəflətən dəyişib, səma qaralıb, temperatur 40,1 dərəcəyə yüksəlib və küləyin sürəti 86,8 km/saat olub.
İspaniya Meteorologiya İnstitutunun məlumatına görə, güclü külək nəticəsində çimərliklərdə xaos yaranıb, çətirlər və digər əşyalar uçub, əkin sahələrinə qum sovrulub. Xurma ağacları qırılıb, bir neçə bina isə zədələnib. Təcili yardım xidmətinə 20-dən çox çağırış daxil olub.
Hadisə zamanı dənizdə batmaq üzrə olan 5 nəfər xilas edilib. Xilasetmə əməliyyatları Coya çimərliyinin qarşısında və Motril limanında həyata keçirilib.
Yerli hakimiyyət orqanları əhaliyə çimərliklərdən uzaq durmaq və təhlükəsiz yerə sığınmaq barədə xəbərdarlıq edib. Hadisənin səbəbləri və zərər barədə araşdırmalar davam edir.