Rusiyanın Kamçatka yarımadasında bu gün 5,8 bal gücündə zəlzələ qeydə alınıb.
Manset.az xəbər verir ki, bu barədə Avro-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların dərinliyi 28 kilometr olub.
Qeyd edək ki, iyulun 30-da isə Kamçatka sahillərində 8,8 bal gücündə daha bir güclü zəlzələ baş vermişdi.