"Zəngəzur dəhlizi ilə bağlı işlər 4-5 ilə tam başa çatacaq" - Türkiyəli nazir

22:14 - 21 Avqust 2025

\"Zəngəzur dəhlizi ilə bağlı işlər 4-5 ilə tam başa çatacaq\" - Türkiyəli nazir

Zəngəzur dəhlizi ilə bağlı işlər 4-5 ilə tam başa çatacaq.


Manset.az xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu "CNN Türk"ün efirində deyib.

O, bildirib ki, xarici kredit sənədləri imzalandığı üçün heç bir maliyyə problemi yoxdur: “Şirkət maliyyələşdirməni gözləmə nöqtəsində deyil, 2,4 milyard dollarlıq layihədir. O, Türkiyədə iki güclü şirkətin konsorsiumu tərəfindən tikiləcək. Bu, 43 kilometrlik xəttdir. Dörd, ən geci beş il sonra bu dəhlizi tam şəkildə işə salacağıq”.

“İddiaları ortaya qoyub həyata keçiririk. Sərhədlərimizin içərisində 224 kilometrlik xətt keçir. Naxçıvan sərhədində 170 kilometrlik xətt var; 150 kilometr hazırdır və bərpa olunacaq, 20 kilometr isə salınacaq. Bunu Azərbaycan edəcək. İş bizimlə eyni vaxtda tamamlanacaq. Qarsda minən adam yolu Bakıya qədər davam edə biləcək. Məqsədimiz işi eyni vaxtda tamamlamaqdır. Zəngəzur 43 kilometrlik xətdir, ən gec burası başlayacaq. Dəhliz beş il sonra tam istifadəyə veriləcək. Bakı-Tbilisi-Qars xətti olduğundan bu yeni dəhliz türk dünyasına daha qısa və problemsiz bir marşrut təqdim edəcək. Bakı-Tbilisi-Qars müəyyən imkanlara malikdir və o tutuma çatanda yeni dəhlizlərə ehtiyac yaranacaq”, - nazir bildirib.

A.Uraloğlu qeyd edib ki, Zəngəzurla bağlı ətraflı müzakirələr gedir, lakin təfərrüatlar dəqiqləşməyib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az