İstanbulda cinayət təşkilatının lideri olmaqda təqsirli bilinən Əziz İhsan Aktaş barəsində çıxarılan ev dustaqlığı qərarı ləğv edilib.
Manset.az xəbər verir ki, bu barədə türk mətbuatı məlumat yayıb.
Xatırladaq ki, Əziz İhsan Aktaş cinayət təşkilatının başçısı olmaqla yanaşı, bir sıra ciddi ittihamlarla üzləşmişdi. Həbs müddətində etdiyi tövbə nəticəsində, məhkəmə onu ev dustaqlığına göndərmişdi. Lakin, sonradan bu qərar dəyişdirilərək, onun həbsdə saxlanılması tələb olunub.
Əziz İhsan Aktaşla yanaşı, daha əvvəl həbs edilən İstanbul Böyükşəhər Bələdiyyəsi sədrinin müşaviri Ertan Yıldızın da ev dustaqlığı qərarları ləğv edilib. Yıldız, “effektiv tövbə müddəalarından” yararlanaraq məhkəmə tərəfindən ev dustaqlığına məhkum edilmişdi, lakin sonradan onun da bu qərarı ləğv olunub.