Myanma ilə Hindistan sərhədində, 5,3 bal gücündə zəlzələ baş verib.
Manset.az xəbər verir ki, bu barədə Avropa Aralıq Dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri, Myanmanın Hindistanla sərhədində yerləşən Mövlaik bölgəsində yerləşib.
Təkanlar, Hindistanın Myanma sərhədinə yaxın olan Aizawl şəhərində də hiss olunub.
Xəsarət və ya dağıntı barədə məlumat verilmir.