Türkiyənin Balıkəsir bölgəsində traktor qəzası baş verib.
Manset.az türk mediasına istinadən xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, 4 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Əldə edilən məlumata görə, tarlaya pomidor yığmağa gedən işçiləri daşıyan 10 ZD 236 dövlət nömrə nişanlı traktorun sürücüsü sükanı itirib və nəqliyyat vasitəsi aşıb.
Qəza zamanı traktorda olan 18 yaşlı Zeynep Kanat hadisə yerində həyatını itirib. Yaralanan digər şəxslər CK, FG və AK isə Sındırgı Dövlət Xəstəxanasına aparılıb. Onların vəziyyətinin ağır olduğu bildirilib və daha sonra Bigadiç və Balıkəsirdəki xəstəxanalara göndərilib.
Hadisə ilə bağlı araşdırmalar davam edir.