İsrail hərbçiləri Qəzzada mövqelərini möhkəmləndirir

23:23 - 23 Avqust 2025

İsrail hərbçiləri Qəzzada mövqelərini möhkəmləndirir

İsrail ordusu Qəzza şəhərində mövqelərini möhkəmləndirir.


Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, İsrail tankları Qəzzanın daha bir rayonuna - Sabraya daxil olub.

Bu həftənin əvvəlində Zeytun rayonunda İsrail ordusunun zirehli texnikası görünüb. Bundan əvvəl ordunun Qəzza şəhərinin ətrafını işğal etdiyi məlum olub.

Xatırladaq ki, avqustun 8-də İsrailin Baş naziri Benyamin Netanyahunun Qəzza şəhəri üzərində İsrail ordusu tərəfindən nəzarətin yaradılması planını təsdiqləyib. Bu plan həm İsrail daxilində, həm də xaricdə tənqidlərə səbəb olub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az