Ukrayna və Rusiya arasında potensial sülh sazişi çərçivəsində Ukraynaya hansı təhlükəsizlik təminatlarının təklif olunacağı ilə bağlı müzakirələr davam edərkən, Almaniya mediası Çinin sülhməramlı missiyada iştirak etməyə hazır olduğunu bildirib.
Manset.az xəbər verir ki, Rusiya Çinin müharibədən sonrakı prosesdə iştirakına müsbət yanaşır, Ukrayna isə bu təklifi rədd edir.
"Welt" nəşrinin Avropa İttifaqının (Aİ) diplomatlarına istinadən xəbərinə görə, Çin Birləşmiş Millətlər Təşkilatının (BMT) sülhməramlı qüvvələrinin tərkibində Ukraynaya qoşun göndərməyə hazırdır.
"Welt"ə danışan AB-nin yüksək səviyyəli diplomatı deyib ki, Çinin Ukrayna ərazisində yerləşdirilməsi risklər daşıyır, çünki Pekin casusluq fəaliyyəti ilə məşğul ola və Rusiyayönlü mövqe tuta bilər.