Tufana görə bu adadan qaçırlar

23:58 - 24 Avqust 2025

Tufana görə bu adadan qaçırlar

Çinin məşhur turizm məkanı sayılan Haynan adasında tropik “Kadziki” tufanı ilə bağlı təhlükəsizlik tədbirləri gücləndirilib.


Manset.az Lent.az-a istinadən xəbər verir ki, adadan 20 min nəfər təxliyə olunub.

İctimai nəqliyyatın fəaliyyəti dayandırılıb, obyektlər bağlanıb 

Adada ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb, ticarət və əyləncə müəssisələri bağlanıb. Bundan əlavə, 30 mindən çox balıqçı gəmisi limanlara geri qayıdıb.

Xilasedicilər hazır vəziyyətdədir

Qeyd olunub ki, 2,8 mindən çox xilasedici mümkün fəsadların qarşısını almaq üçün hazır vəziyyətə gətirilib. Onlar ehtiyac yaranacağı təqdirdə dərhal əməliyyatlara başlaya biləcəklər.

Güclü külək yaxınlaşır

Meteoroloqların verdiyi məlumata əsasən, küləyin sürəti artıq 38 m/s-ə çatıb. Tufan Sanya şəhərindən təxminən 210 km məsafədədir və bazar günü günorta və ya axşam saatlarında adanı vuracağı gözlənilir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az