Nigeriyanın Sokoto əyalətində sərnişin qayığının batması nəticəsində 6 nəfər ölüb, 19 nəfər xilas olunub, 4 nəfər isə itkin düşüb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, hadisə ştatın Qarin-faji bölgəsində baş verib. Qayığın çayda batması nəticəsində yerli dalğıclar tərəfindən 19 nəfər xilas edilib. Xilas edilənlərdən 6-sı ölüb, 4 nəfər isə hələ tapılmayıb.
Fövqəladə Hallar İdarəsi, itkin düşən şəxslərin axtarışlarının davam etdiyini bildirib. Hadisə ilə bağlı araşdırmalar aparılır.