Tramp, Liza Kuku Vəzifəsindən azad etdi

09:51 - 26 Avqust 2025

Tramp, Liza Kuku Vəzifəsindən azad etdi

ABŞ Prezidenti Donald Tramp, FED İdarə Heyətinin üzvü Liza Kuku "ipoteka müqavilələrində yalan ifadələr verdiyi" üçün vəzifəsindən azad etdiyini açıqlayıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Tramp, FED qanununa əsaslanaraq Kukun işdən çıxarılmasına dair səbəblər təqdim edib, onun cinayətkar davranışda olduğu iddialarını irəli sürüb.

Liza Kuk, Trampın onu işdən çıxarmaq səlahiyyətinin olmadığını qeyd edərək, istefa verməyəcəyini bildirib. O, 2022-ci ildən bəri Amerika iqtisadiyyatına kömək etməyə davam edəcəyini vurğulayıb.

Bu hadisə, FED-in 111 illik tarixində ABŞ prezidenti tərəfindən işdən çıxarılan ilk idarə heyəti üzvü olmağı ilə diqqət çəkib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az