Yapon qəzetlərindən süni intellektə qarşı 30 milyonluq iddia 

16:31 - 26 Avqust 2025

Yapon qəzetlərindən süni intellektə qarşı 30 milyonluq iddia 

Yaponiyanın nüfuzlu “Nikkei” və “Asahi Shimbun” qəzetləri ABŞ-də fəaliyyət göstərən “Perplexity AI” süni intellekt startapına qarşı müəllif hüquqlarının pozulması ilə bağlı məhkəmə iddiası qaldırıblar.


Manset.az xəbər verir ki, hər iki qəzetin yaydığı birgə bəyanatda bildirilib ki, “Perplexity AI” onların xəbərlərindən icazəsiz istifadə edərək süni intellekt tərəfindən dəstəklənən cavablar hazırlayıb. Bu səbəbdən şirkətdən ümumilikdə təxminən 30 milyon dollar məbləğində təzminat tələb olunur.

Qəzetlərin iddiasına görə, “Perplexity AI” cavablarında xəbərlərin mənbəsi kimi onların adlarını qeyd etsə də, təqdim edilən məlumatların bir çoxu orijinal məzmundan fərqlənən və yanlış yönləndirici məlumatlardır. Bildirilib ki, bu cür təhrif olunmuş məlumatlar media qurumlarının reputasiyasına mənfi təsir göstərir.

Qeyd edək ki, daha əvvəl – 2023-cü il dekabrın 27-də ABŞ-nin nüfuzlu “New York Times” qəzeti də süni intellekt texnologiyalarının təlimi məqsədilə məqalələrinin icazəsiz istifadəsinə görə “OpenAI” və “Microsoft” şirkətlərini məhkəməyə vermişdi.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az