Haitidə yanacaq daşıyan avtomobil partladı - 50 ölü, 50 yaralı

17:27 - 14 Dekabr 2021

Haitidə yanacaq daşıyan avtomobil partladı - 50 ölü, 50 yaralı

Haitinin şimalında yanacaq daşıyan yük avtomobili partlayıb.

Manşet.az xəbər verir ki, Kap-Aitien şəhərində baş verən hadisə zamanı 50 nəfər həlak olub, 50-yə yaxın insan isə yaralanıb.

İlkin məlumata görə, yanacaq daşıyan maşın yolda aşdıqda ətrafdan keçənlər vəziyyətdən yararlanmaq istəyib və öz yanacaq çənlərini doldurmağa başlayıblar. Belə güman edilir ki, məhz bunun ardınca partlayış olub.

Yanğınsöndürənlər yanğını bir neçə saat ərzində lokallaşdıra biliblər.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az