Türkiyədə silahlı hücum - Ölənlər var

10:34 - 01 Sentyabr 2025

Türkiyədə silahlı hücum - Ölənlər var

Türkiyənin Muş vilayətinin Bulanık rayonunda silahlı hücum olub.


Manset.az xəbər verir ki, hadisə nəticəsində 2 nəfər ölüb.

İlkin məlumata görə, Halit Taşdemir və baldızı Türkmen Özkan onlara məxsus iş yerində olduqları zaman, naməlum şəxs və ya şəxslər tərəfindən yoldan keçən avtomobildən atəşə tutulublar.

Silahlı hücum nəticəsində Halit Taşdemir hadisə yerində həyatını itirib. Ağır yaralanan Türkmen Özkan isə xəstəxanaya aparılsa da, həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı polis əməkdaşları tərəfindən əraziyə baxış keçirilib. 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az