İndoneziya parlamentarilərinin müavinətləri ləğv edildi

11:27 - 01 Sentyabr 2025

İndoneziya parlamentarilərinin müavinətləri ləğv edildi

İndoneziya Prezidenti Prabowo Subianto ölkə boyu davam edən kütləvi etirazlardan sonra parlament üzvlərinə verilən müavinətlərin ləğv olunacağını bəyan edib.


Manset.az xəbər verir ki, Prezident Subianto paytaxt Cakartadakı Merdeka sarayında keçirdiyi mətbuat konfransında bildirib ki, cəmiyyətin narazılığına səbəb olan bir sıra parlament siyasətləri ləğv edilir. Onun sözlərinə görə, parlament üzvlərinə ayrılan bəzi imtiyazlar, o cümlədən müavinətlər müvəqqəti olaraq dayandırılacaq, beynəlxalq səfərlər isə ləğv ediləcək.

Subianto, həmçinin, parlamentin yaxın günlərdə ictimaiyyətlə birbaşa dialoqa başlayacağını və bu prosesə tələbələr, vətəndaş cəmiyyəti nümayəndələri və digər ictimai qrupların cəlb olunacağını bildirib.

Prezident əlavə edib ki, ictimaiyyətin səsləndirdiyi digər tələblər də nəzərdən keçiriləcək və bu istiqamətdə səkkiz siyasi partiyanın rəhbərliyi ilə razılıq əldə olunub.

Qeyd edək ki, son günlərdə İndoneziyada minlərlə insan parlamentin yüksək imtiyazlarına qarşı etiraz aksiyalarına çıxıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az