Koloradoda iki kiçik təyyarə toqquşdu - 1 ölü, 3 yaralı

11:41 - 01 Sentyabr 2025

Koloradoda iki kiçik təyyarə toqquşdu - 1 ölü, 3 yaralı

ABŞ-nin Kolorado ştatında iki kiçik təyyarənin havada toqquşması nəticəsində bir nəfər ölüb, üç nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Fort Morqan hava limanı yaxınlığında baş verib. İlkin məlumata görə, təyyarələr hava limanına enməyə çalışarkən toqquşublar. Yerli səlahiyyətli orqanlar faktla bağlı araşdırmalara başlayıb.

Yaralıların vəziyyəti və qəzanın dəqiq səbəbləri barədə əlavə məlumat verilməyib. Hadisə yerinə fövqəladə xidmət əməkdaşları cəlb olunub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az