Pakistanda helikopter qəzası - 5 nəfər həlak oldu

15:47 - 01 Sentyabr 2025

Pakistanda helikopter qəzası - 5 nəfər həlak oldu

Pakistanın Gilgit-Baltistan bölgəsində helikopter qəzası baş verib.


Manset.az "Dawn" qəzetinə istinadən xəbər verir ki, hadisə nəticəsində 5 nəfər həyatını itirib.

Məlumata görə, qəza Gilgit-Baltistan hökumətinin sözçüsü Faizullah Faraqın bildirdiyinə əsasən, bölgənin Çilas şəhərində qeydə alınıb.

Bölgə polisinin əməkdaşı Əbdül Həmidin sözlərinə görə, qəza yerli hakimiyyət orqanlarına məxsus helikopterin yeni uçuş-enmə zolağına eniş etməyə çalışarkən baş verib.

Qəza yerinə dərhal polis və axtarış-xilasetmə qrupları cəlb olunub.

Qəzanın dəqiq səbəbləri hələlik açıqlanmayıb. Lakin bəzi rəsmi şəxslər insidentin "texniki nasazlıq" səbəbindən baş verdiyini ehtimal edirlər.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az