Qəzzada aclıqdan ölənlərin sayı 348-ə çatdı

17:05 - 01 Sentyabr 2025

Qəzzada aclıqdan ölənlərin sayı 348-ə çatdı

Qəzza zolağında İsrailin hücumları və blokadası nəticəsində yaranan humanitar böhran davam edir.


Manset.az xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, son 24 saatda 3-ü uşaq olmaqla 9 nəfər aclıqdan dünyasını dəyişib. Ümumilikdə, 2023-cü il oktyabrın 7-dən bu yana aclıqdan ölənlərin sayı 127-si uşaq olmaqla 348 nəfərə çatıb.

BMT-yə bağlı Qida Təhlükəsizliyi Faza Təsnifatı (IPC) avqustun 22-də Qəzzada “fəlakət səviyyəsində” aclıq olduğunu təsdiqləyib. Hesabata görə, yarım milyondan çox insan aclıq, yoxsulluq və ölümlə üz-üzədir.

İsrailin hücumları nəticəsində Qəzzanın 88 faizi dağıdılıb, 2,3 milyonluq əhalinin 2 milyona yaxını evlərini tərk etmək məcburiyyətində qalıb. Köçkünlər ağır şəraitdə, gigiyenik imkanlardan məhrum düşərgələrdə yaşamağa məcburdur.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az