"Bu halda, uran zənginləşdirmə səviyyəsi endiriləcək" - İran

12:28 - 02 Sentyabr 2025

\"Bu halda, uran zənginləşdirmə səviyyəsi endiriləcək\" - İran

2015-ci il nüvə sazişi yenidən qüvvəyə minərsə, İran uranın zənginləşdirilməsi səviyyəsini 3,67 faizə endirməyə hazırdır.


Manset.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi bildirib.

O, Avropa ölkələrinin “snapback” mexanizmini işə salmaq cəhdlərini tənqid edib və BMT sanksiyalarının bərpasının ciddi nəticələr doğuracağını vurğulayıb. Bekayi bildirib ki, Avropa dövlətləri ABŞ və İsrailin təsiri altında hərəkət edir və bu, məsuliyyətsizlikdir.

Almaniya kanslerinin İsrailin hücumlarına dair açıqlamasına münasibət bildirən Bekayi bəzi Avropa ölkələrinin bu hücumları dəstəklədiyini və kəşfiyyat məlumatı ötürə biləcəyini istisna etməyib.

O, həmçinin İranın NPT-dən çıxmasının Parlamentin səlahiyyətində olduğunu qeyd edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az