Venesuela Prezidenti Nikolas Maduro ABŞ-ni ölkəsinə qarşı hərbi təhdid yaratmaqda ittiham edib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, onun sözlərinə görə, Karib dənizinə səkkiz hərbi gəmi və 1200 raketlə təchiz olunmuş nüvə sualtı qayığı göndərilib.
Maduro bu vəziyyəti 1962-ci il Kuba raket böhranı ilə müqayisə edib və Venesuelanın “ən böyük təhlükə” ilə üzləşdiyini bildirib.
O, ABŞ-nin hərbi mövcudluğunu narkotiklərlə mübarizə ilə əsaslandırmasını isə “absurd” adlandırıb. Prezident deyib ki, rabitə kanalları pozulub, lakin deportasiya edilən vətəndaşları qəbul etməyə davam edəcəklər.
Maduro senator Marko Rubionu da ittiham edərək, onu “döyüş ağası” və “qan tökülməsində maraqlı şəxs” adlandırıb.