Rusiya Prezidenti Vladimir Putin Rusiyanın Avropaya və NATO-ya hücum etməyi planlaşdırdığı ilə bağlı iddiaları təkzib edib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Çində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammitində çıxış edən Putin bu iddiaları “təxribat” və “cəfəngiyyat” adlandırıb:
“Bizim heç kimə hücum etmək niyyətimiz yoxdur. Məqsədimiz yalnız maraqlarımızı qorumaqdır”, – deyə o bildirib.
Putin həmçinin NATO-ya üzvlüyün Rusiya üçün qəbuledilməz olduğunu qeyd edib və Ukraynanın Avropa İttifaqına üzvlüyünə qarşı çıxmadıqlarını vurğulayıb.