Türkiyədə avtomobil körpü baryerinə çırpıldı - Sürücü öldü

16:26 - 02 Sentyabr 2025

Türkiyədə avtomobil körpü baryerinə çırpıldı - Sürücü öldü

Türkiyənin Tokat vilayətində avtomobil körpü baryerinə çırpılıb.


Manset.az türk mediasəna istinadən xəbər verir ki, hadisə nəticəsində sürücü dünyasını dəyişib, iki nəfər yaralanıb.

Tokatdan Konyaya gedən Muhammet Kılınçın idarə etdiyi 42 DNU 27 dövlət nömrə nişanlı avtomobil Ekinli körpüsünün baryerinə çırpılıb. Qəza nəticəsində sürücü hadisə yerində vəfat edib, onunla birlikdə olan iki nəfər isə yüngül xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Hadisə barədə məlumat daxil olduqdan sonra yanğınsöndürmə, təcili tibbi yardım qrupları hadisə yerinə cəlb olunub.

Qəzanın səbəbləri araşdırılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az