Əfqanıstanın cənub-şərq bölgəsində 5,2 bal gücündə zəlzələ qeydə alınıb.
Manset.az xəbər verir ki, bu barədə yerli seysmoloji xidmətlər məlumat yayıb.
Yeraltı təkanların episentri barədə dəqiq məlumat verilməsə də, zəlzələnin bir sıra yaxın yaşayış məntəqələrində hiss olunduğu bildirilir.
Tələfat və dağıntılarla bağlı hələlik rəsmi məlumat verilməyib.