Rusiya ilə Hindistan arasında S-400 hava hücumundan müdafiə sistemlərinin əlavə tədarükünə dair danışıqlar aparılır.
Manset.az xəbər verir ki, bu barədə Rusiya Federal Hərbi və Texniki Əməkdaşlıq Agentliyinin rəhbəri Dmitri Şuqayev məlumat verib.
Şuqayevin sözlərinə görə, Hindistan artıq S-400 sistemlərinə malik ölkələr sırasındadır və tərəflər bu sahədə əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə edirlər. “Bu, yeni göndərişlər deməkdir. Hazırda bununla bağlı danışıqlar mərhələsindəyik,” – deyə o, açıqlamasında bildirib.
Hindistan Müdafiə Nazirliyi isə iyunun 27-də yaydığı açıqlamada, Rusiya ilə aparılan danışıqlar çərçivəsində S-400 sistemləri ilə yanaşı, Su-30 tipli döyüş təyyarələrinin də göndərilməsinin müzakirə olunduğunu təsdiqləyib.
Qeyd edək ki, Rusiya Hindistanla əldə olunan razılaşmaya əsasən, S-400 sistemlərinin ilk partiyasını 2021-ci ildə Hindistana təhvil verməyə başlamışdı.