ABŞ-nin Havay adasındakı Kilauea vulkanı dekabrdan bəri 32-ci dəfə püskürüb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Havay adasında yerləşən və dünyanın ən aktiv vulkanlarından sayılan Kilauea vulkanı dekabrın 23-dən etibarən püskürmələrə başlayıb. Havay Vulkan Rəsədxanası bildirir ki, yerli vaxtla səhər saat 6:35-də vulkan 150 metr hündürlüyə qədər lava püskürdürüb.
Qeyd edək ki, Kilauea vulkanının əvvəlki püskürməsi avqustun 23-də qeydə alınmışdı.