Bu tarixlərdə  Ay tutulması baş verəcək

11:56 - 03 Sentyabr 2025

Bu tarixlərdə  Ay tutulması baş verəcək

7-8 sentyabr 2025-ci il tarixində Yer, Ay və Günəş düz xətt üzrə düzüldükdə, 5 saat 27 dəqiqə davam edəcək  "Qanlı Ay" tutulması baş verəcək.


Manset.az xəbər verir ki, tutulmanın tam – qırmızı fazası 1 saat 22 dəqiqə çəkəcək.

NASA-nın məlumatına görə, bu, 2022-ci ildən bəri ən uzun tam Ay tutulmasıdır. Hadisə Avstraliya, Asiya, Afrika və Avropadan görünəcək. Təxminən 6,2 milyard insan tutulmanın bütün mərhələlərini izləyə biləcək.

Ayın qırmızı rəngi Günəş işığının Yer atmosferindən keçməsi ilə bağlıdır.

Qismən Günəş tutulması isə 21 sentyabrda baş verəcək və əsasən Yeni Zelandiya və Avstraliyanın bəzi hissələrindən görünəcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az